Son iki ayda Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra rayonlarımız, kəndlərimiz və əlverişli ərazilər işğaldan azad olunmuşdu. Eyni zamanda Qarabağın göz bəbəyi olan Şuşa işğaldan azad edilmişdir. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir. Şuşa işğaldan azad olunanda bir gün sonra qəhrəman Azərbacan ordusu daha 71–dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində bu düşmənə vurulan son zərbə idi. Təsadüfü deyil ki, noyabrın 10–da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, ordumuzun peşəkarlığını, hərbiçilərimizin cəsarətini qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış qəhrəman hərbiçilərimiz dağlardan, meşələrdən keçərək icra ediblər. Buna görə də Şuşanın işğaldan azad edilməsi Azərbaycan tarixində özünəməxsus bir iz qoydu. Bu qələbə Azərbaycanın şanlı qələbəsidir. Şuşanın azad edilməsi və noyabrın 9– da daha 71– dən çox yaşayış məntəqəsiniİşğaldan azad edilməsi bir daha onu göstərir ki, Azərbaycanın çox böyük, güclü ordusu var. Noyabrın 16 – da Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında oldular. Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstərişlər verdi. Artıq bu yolun inşasına start verildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva layihənin icrasının gedişi ilə tanış oldular. Bütün bunlar göstərir ki, bu gün ölkəmizin həyatında çox əlamətdar tarixi günlər yaşayırıq.Torpaqlarımızın azad olunması, ordumuzun güclü olması çox qürurverici bir hissdir. Dünya təşkilatları Qarabağ məsələsinə çox zaman dırnaq arası baxırdı. Dünya bu haqsızlığa 30 il səssiz qalıb, biganə qalıb və bu biganəlik erməni işğalını möhkəmləndirirdi. Bizi sanki bu vəziyyətlə barışmağa sövq edirdi, sülh yolu ilə məsələ həll olunsun, ildən – ilə, 30 il ərzində biz eyni sözü eşidirdik- münaqişənin hərbi həlli yoxdur, Bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma biz sübut etdik ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var. Bizim qəhrəman hərbiçilərimizin sücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı canı bahasına biz bunu bütün dünyaya sübut etmişik, münaqişənin hərbi həlli var və biz buna nail olmuşuq. İkinci Qarabağ müharibəsi bizim şanlı qələbəmizdir. Bu gün bizim hər birimiz öz mövqeyimizdə tutduğumuz vəzifədən, peşədən asılı olmayaraq hər birimiz bir əsgər olmalıyıq. Prezidentimizin, ordumuzun yanında olmalı hər birimiz öz üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik ki, qələbəmiz, torpaqlarımızın bütövlüyü, zəfərimiz daimi olsun. Venera Rəsulova, Xocalı rayon Xankəndi şəhəri N.Şahmuradov adına 6 №-li Kərkicahan qəsəbə tam orta məktəbin təşkilatçı müavini